Tag
Austria
Belgio
Belgium
Bulgaria
Cechia
Croatia
Croazia
Czech
Czechia
Czech Republic
Danimarca
Denmark
Estonia
Europa
Europe
France
Francia
Germania
Germany
Grecia
Greece
Hungary
Ireland
Irlanda
Polonia
Polska
Portogallo
Portugal
Regno Unito
Repubblica Ceca
Repubblica di Turchia
Romania
Serbia
Slovacchia
Slovakia
Slovenia
Svezia
Sweden
Turchia
Turkey
Ucraina
Ucraino
Ukraine
Ungheria
United Kingdom


1 commento
Heydər Əliyev 2000-ci ildə Rasim Balayevin səslərini oğurlamışdı. Ağsudan deputatlığa namizəd olmuşdu. Rasim Balayev: “Konkret Ağsuda baş verənləri çox gözəl bilirəm. Həyasızcasına saxtakarlıq elədilər. Hərçənd deyəsən, başqa yerlərdə də baş verənlər buna oxşayır. Amma inanırsınız ki, ora düşmədiyimə görə yaxın dostlarım zəng vurub məni təbrik eləyirlər? Deyirlər, onsuz da bu xalqın seçimi deyil. Təyinatlı parlamentə düşməməyim problem deyil.
Bir də heç vaxt namizədliyimi vermərəm. Çünki yaxın zamanlarda bizdə həqiqi, demokratik seçki keçiriləcəyinə inanmıram. 95-də də belə olmuşdu. Mən səs yığmışdım, başqası seçildi. Amerikadakı seçkilərə baxıram, həm ləzzət eləyir, həm də paxıllığım tutur. Düzdür, deyirlər, biz Amerikaya çata bilmərik. Amma tədricən də olsa demokratiya inkişaf eləməli idi, ya yox? Bizdəcə hələ də sovetlərin vaxtında olduğu kimi təyinatlı seçki keçirilir. Zarafat deyil, gör dövlət nə qədər pul xərclədi seçkiyə? Hətta bütün bunlardan sonra da təyinat olursa… Bunun adı yoxdur. Bir belə adamı avara eləmək, axırda da… Neçə milyon dolları havaya sovurmaqdır. Bu pulları elə ehtiyaclarımıza xərcləyərdik də. Hələ onu demirəm ki, buna neçə film çəkmək olardı.
[…]
Elə bir dövrdə yaşayırıq ki, passiv, gözləmə mövqeyi hər bir ziyalı üçün yad olmalıdır. Artıq etirazlara qoşulmaq vaxtıdır. Ən müxtəlif formada. Yəqin ki, mən də bu seçimi edəcəm.”
Şahnaz Bəylərqızına verdiyi müsahibədən, Yeni Müsavat, 11 noyabr 2000