Share.

    2 commenti

    1. kurdechanian on

      “Mənə saxta profildən, İnstaqramda, tanımadığım bir şəxs “kommentlərdə çox fəal və iddalısan, başına problem açma” yazıb təhdid edib. Bunu polislər yazıb təthid edə bilər deyə düşünürəm. Profilində polis şəkli, DİN loqosu olan profillər də yazmağa davam edir”, – adının anonim qalmasını istəyən sosial şəbəkə istifadəçisi “JAMnews”a belə yazıb.

      O, müraciətində bildirir ki, 28 May metrostansiyası ətrafında olan və polislərə “şübhəli görünən” şəxslər ərazidən oğurlanaraq bölmələrə aparılır. Oğurlananlar arasında 18 yaşına çatmayan şəxslərin də olduğu deyilir. 

      “Saxladıqları hamının telefonları əllərindən alınıb, orada olan dostumun da telefonunu əlindən alıblar. Şifrələri, sosial media hesablarına medaxilə edilib, barmaq izləri götürülüb. Aksiya ilə bağlı mesajlaşan bütün hesabların da sahibləri axtarılır. Onlara çoxlu saxta izləmə istəkləri göndərilir. Ərazidən video paylaşanları isə inzibati həbsə göndəriblər”.

      Müraciətçi yazır ki, saxlanılanların sayı 50 nəfərdən çoxdur. 

      “JAMnews” olaraq bütün iştirakçıların, saxlanılanların müraciətlərini ictimailəşdirməyə hazırıq. 

      Kontekst: Elgün İbrahimov həyatını müəmmalı şəkildə itirmiş 17 yaşlı məktəblidir. O, Gəncədə, tərk edilmiş yataqxanada ağır yaralı vəziyyətdə tapılmış, xəstəxanada vəfat etmişdi. Hökümətə yaxın medialar onun intihar etdiyini tirajlamışdı. Ailəsi onun intihar etmədiyini, döyülərək öldürüldüyünü bildirir.

      Bir müddətdir sosial mediada hadisənin Prokurorluq tərəfindən ciddi araşdırılmadığı ilə bağlı müxtəlif iddialar səsləndirilir. Həmçinin, bir sıra fəallar Elgününün hadisəsi ilə bağlı məlumatları əks etdirən bukletləri müxtəlif ərazilərə yapışdırır, küçələrdə paylayır. Bununla bağlı ictimai fəal Nicat Əmiraslanov da saxlanılmış, barəsində 15 sutka inzibati həbs cəzası seçilmişdi.

      1 iyun tarixinə isə “Elgün İbrahimova ədalət” şüarı ilə şəhərin mərkəzinə aksiya təyin edilmişdi.

      Baş vermiş ölümlə bağlı yayılan iddialar arasında hadisənin polislər tərəfindən törədilmiş qətl olduğu da yer alır.

      Rəsmi açıqlamada qeyd edilir ki, Elgün İbrahimov hündürlükdən yıxılaraq aldığı xəsarətlər səbəbilə həyatını itirib.

    2. Pargali- on

      Həmin 50 nəfəri cərimələyəcəklər. Hətta qohumlarına qədər işdən qovacaqlar. Bu belə xalqın belə hadisələrdən bixəbər olduğunun isbatıdır. Heyif.

    Leave A Reply